...

İlk Avropa Oyunları ilə bağlı nəqliyyat vasitələri sınaqdan keçiriləcək

Baku 2015 : EUROGAMES Materials 15 May 2015 14:54 (UTC +04:00)
Bakı 2015 bazar günü, mayın 17-də oyunların bir gününü canlandırmaqla, ilk Avropa Oyunları zamanı əməliyyatlara hazırlğı sınaqdan keçirəcək.
İlk Avropa Oyunları ilə bağlı nəqliyyat vasitələri sınaqdan keçiriləcək

Azərbaycan, Bakı, 15 may /Trend/

Bakı 2015 bazar günü, mayın 17-də oyunların bir gününü canlandırmaqla, ilk Avropa Oyunları zamanı əməliyyatlara hazırlğı sınaqdan keçirəcək.

Bakı 2015 Əməliyyat Komitəsindən Trend-ə verilən məlumata görə, Nəqliyyat Nazirliyi və Bakının nəqliyyat infrastrukturuna cavabdeh digər qurumlarla birgə təşkil olunan simulyasiya tədbiri altı saat ərzində - 08:00-dan 14:00-a qədər davam edəcək.

Nəqliyyatın hərəkətinin məhdudlaşdırılması halı nəzərdə tutulmasa da, yollarda avtobus, taksi və mikroavtobusların sayı artacaq. Bu, iyunun 12-də start götürəcək ilk Avropa Oyunları üçün Bakı 2015-in hazırladığı əməliyyat proqramlarının sınaqdan çıxarılması ilə bağlıdır.

Bakı 2015 ilk Avropa Oyunları zamanı şəhərdaxili hərəkət haqqında ən son məlumatları əldə etmək üçün aşağıdakı mənbələrə müraciət etməyiniz xahiş olunur:

- Bakı 2015 Tamaşaçı Məlumat Mərkəzi - 2015 nömrəsinə zəng etməklə;
- Nəqliyyat Nazirliyi, Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsi və Bakı şəhər İcra Hakimiyyətinin internet səhifələri;
- Radio, sayt və facebook səhifəsi də daxil olmaqla NİİM-in əlaqə kanalları.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti