...

Qırğızıstanda "Azərbaycan kinosu həftəsi" davam edir

Mədəniyyət Materials 29 İyun 2012 15:13 (UTC +04:00)
İyulun 2-dən silsilə olaraq Qırğızıstanın telekanallarında Azərbaycan bədii filmlərinin nümayişi davam etdiriləcək.
Qırğızıstanda "Azərbaycan kinosu həftəsi" davam edir

Azərbaycan, Bakı, 29 iyun /Trend/

İyulun 2-dən silsilə olaraq Qırğızıstanın telekanallarında Azərbaycan bədii filmlərinin nümayişi davam etdiriləcək.

Azərbaycanın Qırğızıstandakı səfirliyindən cümə günü Trend-ə verilən məlumata görə, Qırğızıstanın "Piramida" televiziya kanalı ilə aparılmış danışıqların nəticəsi olaraq, Azərbaycan kino salnaməsinin unudulmaz səhifələrini təşkil edən "Nizami", "Axrıncı aşrım", "Arşın mal alan", "O olmasın, bu olsun", "Uzaq sahillərdə" bədii filmlərinin həmin telekanalda "Azərbaycan kinosu həftəsi" cərcivəsində, Azərbaycan kino mədəniyyətinin Qırğızıstan xalqına təbliğ olunması məqsədilə bədii filmlərin nümayişinə başlanılacaq.

Filmlərin nümayişində məqsəd Azərbaycan-Qırğızıstan mədəni əlaqələrinin genişləndirilməsidir.

Xəbər lenti

Xəbər lenti