...

"Atəşgah məbədi" qoruğuna infotur təşkil olunacaq

Mədəniyyət Materials 8 Aprel 2013 19:20 (UTC +04:00)
Aprelin 9-da Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm şirkətlərindən və media nümayəndələrindən ibarət 50 nəfərlik heyət üçün "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğuna infotur təşkil olunacaq.
"Atəşgah məbədi" qoruğuna infotur təşkil olunacaq

Azərbaycan, Bakı, 8 aprel /Trend/

Aprelin 9-da Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm şirkətlərindən və media nümayəndələrindən ibarət 50 nəfərlik heyət üçün "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğuna infotur təşkil olunacaq. Bu barədə Trend nazirlikdən məlumat verilib.

Xatırladaq ki, cari ilin 29 mart tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq qoruğunda olmuş, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qoruqda aparılan bərpa və yenidənqurma işləri ilə tanış olmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti