...

Müğənni solo konsertinin Laçının işğal gününə təsadüf etməsi barədə deyilənlərə aydınlıq gətirdi

Mədəniyyət Materials 18 Aprel 2014 16:02 (UTC +04:00)
Müğənni Natavan Həbibi solo konsertinin Laçının işğal gününə təsadüf etməsi barədə deyilənlərə aydınlıq gətirdi.
Müğənni solo konsertinin Laçının işğal gününə təsadüf etməsi barədə deyilənlərə aydınlıq gətirdi

Azərbaycan, Bakı, 18 aprel /Trend/

Müğənni Natavan Həbibi solo konsertinin Laçının işğal gününə təsadüf etməsi barədə deyilənlərə aydınlıq gətirdi.

Trend-in məlumatına görə, müğənninin prodüseri N.Həbibi haqqındakı "Laçının işğalı günü mayın 18-dir" adlı növbəti qaralama kampaniyasına cavab verərək bildirib ki, Heydər Əliyev adına Respublika Sarayının rəhbərləri ilə görüşdə də qeyd olunub ki, Laçının işğal günü ayın 18-dir: "Bu xəbəri yazanlar gedib tarixi araşdırsınlar. O zaman görəcəklər ki, işğal günü ayın 18-dir. Buna hətta bu gün Natavanı tənqid edən saytların arxivində də rast gələ bilərik. Natavan özü də bu məsələni araşdırdı və dedi ki, Laçının işğalı ayın 17-si deyil".

Qeyd edək ki, bu gün mediada yayılan xəbərlərə görə, konsertinə hazırlıqlar görən ifaçı N.Həbibi 1992-ci il mayın 17-də Azərbaycanın Laçın rayonunun ermənilər tərəfindən işğal olunduğunu unudub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti