...

Cabbar Qaryağdıoğlu adına 9 nömrəli musiqi məktəbinin yeni binası (FOTO)

Mədəniyyət Materials 29 Oktyabr 2014 19:09 (UTC +04:00)
Bu gün Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Cabbar Qaryağdıoğlu adına 9 nömrəli musiqi məktəbi üçün yeni inşa edilmiş binanın açılış mərasimi oldu.
Cabbar Qaryağdıoğlu adına 9 nömrəli musiqi məktəbinin yeni binası (FOTO)

Azərbaycan, Bakı, 29 oktyabr /Trend/

Bu gün Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Cabbar Qaryağdıoğlu adına 9 nömrəli musiqi məktəbi üçün yeni inşa edilmiş binanın açılış mərasimi oldu.

Mərasimdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov, mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev, Bakı şəhərində fəaliyyət göstərən bir neçə incəsənət və musiqi məktəblərinin direktorları iştirak edirdilər.

Mərasimdə çıxış edən S.Məmmədəliyeva görkəmli sənətkarın adının əbədiləşdirildiyi musiqi məktəbinin yeni binasının istifadəyə verilməsini mədəni ictimaiyyət üçün əlamətdar hadisə kimi dəyərləndirib. Azərbaycan Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə paytaxtımızda və regionlarda mədəniyyət ocaqlarının yenidən qurulduğunu və inşa edildiyini diqqətə çatdıran nazir müavini bu sahəyə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirib. O, əminliklə vurğulayıb ki, musiqi məktəbində yaradılan şərait burada təhsil prosesinə də müsbət təsirini göstərəcək.

Daha sonra çıxış edən E.Abbasov Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi respublikamızda geniş vüsət alan sosial-iqtisadi inkişaf, aparılan quruculuq və abadlıq işləri Qaradağ rayonunda da yüksək templə davam etdiyini vurğuladı. Qeyd etdi ki, dövlətimiz tərəfindən bütün sahələrə olduğu kimi mədəniyyət sahəsinə, eləcə də mədəniyyət işçilərinə yüksək diqqət göstərilməkdədir. Bu işdə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın mədəniyyətə, incəsənətə, musiqi təhsilinə göstərdiyi xidmətləri də danılmazdır. "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın uğurlu icrası nəticəsində mədəniyyət sahəsi üzrə Qobustan, Müşfiqabad qəsəbələrində yerləşən mədəniyyət evləri, Sahil qəsəbəsində yerləşən 28 saylı musiqi və 5 saylı Uşaq İncəsənət məktəbləri əsaslı təmir olunaraq sakinlərimiz istifadəsinə verilib.

Qeyd edildi ki, məktəbin üçmərtəbəli binası 23 fərdi və 5 qrup məşğələ otağından, yeməkxana, 3 sanitar qovşağı, anbar, 2 xor otağı, 2 zərb alətləri otağı, 7 inzibati otaq, oxu və akt zalı, 2 qrim otağından ibarətdir.

Sonda məktəbin şagirdlərinin ifasında konsert proqramı təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti