...

“Ağ ölüm” bölgələrə gedir (FOTO

Mədəniyyət Materials 20 İyun 2016 17:40 (UTC +04:00)
Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti bugünlərdə respublikamızın bölgələrinə qastrol səfəri edəcək.
“Ağ ölüm” bölgələrə gedir (FOTO

Bakı. Trend:

Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti bugünlərdə respublikamızın bölgələrinə qastrol səfəri edəcək. Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfər Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi «Azərbaycan teatrı 2009-2019-cu illərdə» və 24 iyun 2013-cü il tarixli, 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı", eləcə də 2016-cı ilin "Multikulturalizm ili" elan olunması çərçivəsində baş tutacaq.

V.Siqarevin “Şeytan ailəsi” əsəri əsasnda hazırlanmış “Ağ ölüm” tamaşası Azərbaycanın cənub bölgəsinə - Şirvan, Neftçala, Biləsuvar, Lənkəran, Lerik və Astara rayonlarında bölgələrdə yaşayan əhalinin asudə vaxtının səmərəli keçirilməsi, gənclərin və məktəblilərin mənəvi estetik tərbiyəsinin formalaşdırılması məqsədilə nümayiş etdiriləcək.

Məlumat üçün bildirək ki, hər il ənənəvi olaraq keçirilən qastrol səfəri bu il iyun ayının 27-dən iyul ayının 1-dək həyata keçiriləcək. Dövlət Gənc Tamaşaçılar Teatrı özünün bu ilki – 88-ci teatr mövsümünə iyul ayının 1-də Astara rayonunda yekun vuracaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti