...

Heydər Əliyev Sarayında Bakı Şopinq Festivalının açılış mərasimi keçiriləcək

Mədəniyyət Materials 1 Aprel 2017 15:31 (UTC +04:00)
Aprelin 10-da Heydər Əliyev Sarayında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakı Şopinq Festivalının təntənəli açılış mərasimi keçiriləcək.
Heydər Əliyev Sarayında Bakı Şopinq Festivalının açılış mərasimi keçiriləcək

Bakı. Trend:

Aprelin 10-da Heydər Əliyev Sarayında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakı Şopinq Festivalının təntənəli açılış mərasimi keçiriləcək.

Nazirlikdən Trend-ə verilən məlumata görə, həmin gün Azərbaycan Dövlət Rəqs Ansamblının “Yeni Azərbaycanım” adlı möhtəşəm konsert proqramı və “Koroğlu” bir pərdəli milli baletinin premyerası olacaq.

Konsertin bədii rəhbəri və quruluşçu rejissoru Rusiyanın Xalq Artisti Dikalu Muzakaevdir.

Biletləri iticket.az saytından onlayn, şəhərin kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti