...

Musiqi məktəbinin direktor müavini işdən azad olunub

Mədəniyyət Materials 26 Sentyabr 2017 12:54 (UTC +04:00)
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin şəbəkəsinə daxil olan S.Rüstəmov adına 13 nömrəli uşaq musiqi məktəbinin tədris işləri üzrə direktor müavini Zeynalova Əfşan Qeysər qızı tutduğu vəzifədən azad olunub.
Musiqi məktəbinin direktor müavini işdən azad olunub

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin şəbəkəsinə daxil olan S.Rüstəmov adına 13 nömrəli uşaq musiqi məktəbinin tədris işləri üzrə direktor müavini Zeynalova Əfşan Qeysər qızı tutduğu vəzifədən azad olunub.

Bu barədə Trend-ə İdarədən məlumat verilib.

İdarənin tabeliyində olan musiqi məktəblərində yeni 2017-2018-ci tədris ilində əmək fəaliyyətinin iş prinsiplərinə uyğun səmərəli qurulması, nizam-intizam qaydalarına riayət edilməsi məqsədi ilə bağlı kadr dəyişiklikləri aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti