...

Bakıda bu il dəbdə olacaq gəlinlik və ziyafət geyimləri nümayiş olunub (FOTO)

Mədəniyyət Materials 12 Fevral 2018 22:16 (UTC +04:00)
"Boulevard" hoteldə "Pi Group production"un təşkilatçılığı ilə "7 Gözəl Beauty Fashion Show" adlı gecə keçirilib.
Bakıda bu il dəbdə olacaq gəlinlik və ziyafət geyimləri nümayiş olunub (FOTO)

Bakı. Trend:

"Boulevard" hoteldə "Pi Group production"un təşkilatçılığı ilə "7 Gözəl Beauty Fashion Show" adlı gecə keçirilib.

Trend-in məlumatına görə, tədbirdə 2018-ci ildə dəbdə olacaq gəlinlik və ziyafət geyimləri, makyaj və saç düzümləri nümayiş olunub.

Tədbirdə "Bəyaz" və "Camellia Wedding"in gəlinlikləri, "SB TALLER və Couture by Fifan Rzayeva"nın ziyafət geyimləri, həmçinin "By Nisa Azizova", "The Abbasovas Sisters" gözəllik mərkəzlərinin, stilistlərdən Aytən Axundova, Sehrin Rəsulova, Nəzakət Babayevanın saç və makyaj üzrə əl işləri nümayiş olunub.

Gecəyə gözəllik qatan "Gloria wedding" və "Gloria flowers" şirkətlərinin dekorları hər kəsin marağına səbəb olub. Gecədə Azərbaycanın əməkdar artisti Lalə Məmmədova, Yaşar Cəlilov, Ayaz Babayev, Sura İskəndərli, Fatimə Fətəliyeva, Dj Çina çıxış ediblər. Gecənin aparıcısı Vüsalə Kərimova olub. Sonda isə Rena Alkanın gəlinlik libası olan möhtəşəm tortu nümayiş olunub. Tədbirin çəkilişini "Dadaw studio" və "Agasamed Shahzade" heyata keçirib.

Layihənin rəhbəri İsmayıl Qasımovdur. Layihənin ideya və ssenarisi Pərvanə Məmmədovaya məxsusdur.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Xəbər lenti

Xəbər lenti