Bakı. Trend:
Heydər Əliyev Sarayında “Sazlı-sözlü diyarım mənim” adlı aşıq konserti keçirilib.
Saraydan Trend-ə verilən məlumata görə, tədbir tanınmış aşıqların ifasında konsert proqramı ilə davam edib.
Konsertdə sevilən aşıqlar Altay Məmmədli, Solmaz Kosayeva, Ağamurad İsrafilov, Nargilə Mehdiyeva, Gözəl Kəlbəcərli, Cahangir Quliyev, Elməddin Məmmədli, Şəhriyar Qaraxanlı, Avdı Musayev, Şaiq İncəli, Əli Tapdıqoğlu, şairələr Pərvanə Zəngəzurlu, Güllü Eldar Tomarlı və Çeşmə folklor qrupu, Ruhani saz qrupu çıxış ediblər.