...

AŞPA müşahidə missiyasının rəhbəri: Azərbaycanda parlament seçkilərilə bağlı atmosfer müsbətdir

Seçki 2015 Materials 1 Noyabr 2015 10:40 (UTC +04:00)
Azərbaycanda parlament seçkilərilə bağlı ümumi atmosfer müsbətdir.
AŞPA müşahidə missiyasının rəhbəri: Azərbaycanda parlament seçkilərilə bağlı atmosfer müsbətdir

Azərbaycan, Bakı, 1 noyabr /Trend/

Azərbaycanda parlament seçkilərilə bağlı ümumi atmosfer müsbətdir.

Trend-in məlumatına görə, bunu AŞPA müşahidə missiyasının rəhbəri Jordi Çukla jurnalistlərə deyib.

J.Çukla deyib ki, situasiyanı öyrənməyə çalışırıq: "Müşahidəyə yeni başlamışıq. AŞPA-nın daha bir müşahidə komandası Bakı hüdudlarından kənarda seçki prosesini izləyir".

Qeyd edək ki, Milli Məclisə seçkilərdə 767 namizəd iştirak edir. Seçkiləri 40 təşkilatdan 503 beynəlxalq və 66 mindən çox yerli müşahidəçi izləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti