...

Ramil Usubov Berlində 21-ci Avropa Polis Konqresində iştirak edir

Gündəm Materials 6 Fevral 2018 16:00 (UTC +04:00)
Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov Berlində keçirilən 21-ci Avropa Polis Konqresində iştirak etmək üçün Almaniyada işgüzar səfərdədir.
Ramil Usubov Berlində 21-ci Avropa Polis Konqresində iştirak edir

Bakı. Trend:

Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov Berlində keçirilən 21-ci Avropa Polis Konqresində iştirak etmək üçün Almaniyada işgüzar səfərdədir.

Bu barədə Trend-ə Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Fevralın 6-da öz işinə başlayan, builki mövzusu “Əlaqələndirilmiş təhlükəsizlik fəaliyyətinin effektivliyi” olan toplantını giriş sözü ilə Almaniya daxili işlər nazirinin yanında parlamentin dövlət katibi Günter Krinqs açıb. Hər il 50-dən artıq dövlətin 1600-dən çox nümayəndəsinin iştirakı ilə keçirilən, daxili təhlükəsizlik məsələlərində Avropanın aparıcı konfransı hesab olunan bu mötəbər beynəlxalq forumda dünyanın bir sıra dövlətlərinin, o cümlədən Almaniyanın federal əyalətlərinin daxili işlər nazirləri, Bundestaqın deputatları, İnterpolun və Avropolun, Avropa İttifaqının məsul nümayəndələri, polis və sərhəd qurumlarının rəhbərləri, təhlükəsizlik sahəsində fəaliyyət göstərən özəl şirkətlərin təmsilçiləri iştirak edirlər.

İki gün davam edəcək tədbir çərçivəsində ayrı-ayrı panellərdə ümumilikdə təhlükəsizlik sahəsindəki problemlər və onların həlli yolları, xüsusi təyinatlı qüvvələrin rolu və gələcəyi, əməliyyat əməkdaşlığının gücləndirilməsi, kibercinayətkarlığın qarşısının alınması və mühakiməsi, rəqəmsal kriminalistika, kütləvi tədbirlərin, ictimai yerlərin müşahidəsi və mühafizəsi kimi geniş spektrli, aktual məsələlərin müzakirəsi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti