...

Sabah bu yolda hərəkət məhdudlaşdırılacaq

Gündəm Materials 14 Yanvar 2019 16:34 (UTC +04:00)
Yol üzərindən keçən dəmir yolu xətləri yenilənir.
Sabah bu yolda hərəkət məhdudlaşdırılacaq

Bakı. Samir Əli - Trend:

Sumqayıt - H.Z.Tağıyev qəsəbəsinə gedən yol üzərindən keçən dəmir yolu xətlərinin yenilənməsi və təmiri işləri ilə əlaqədar olaraq sabah sözügedən yolla hərəkət 1 günlük məhdudlaşdırılacaq.

Bu barədə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən məlumat verilib.

Sürücülərdən alternativ olaraq Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Sumqayıt dairəvi hissəsindən istifadə etmələri tövsiyə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti