...

Metroda problem yarandı, qatarların hərəkəti ləngidi

Gündəm Materials 14 İyun 2021 14:41 (UTC +04:00)
Metroda problem yarandı, qatarların hərəkəti ləngidi

Bakı. Samir Əli - Trend:

Bakı Metropolitenində qısamüddətli gərginlik düşməsi olub.

Bunu Trend-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, nəticədə metronun "28 may" - "Gənclik" istiqamətində qatarların hərəkətində 30 saniyə gecikmə olub: "Gərginlik qəfil düşdüyündən həmin istiqamətdə tuneldə olan qatarın hərəkəti ləngiyib. Təxminən 30 saniyədən sonra gərginlik tənzimlənib və problem aradan qaldırılıb".

B.Məmmədov bildirib ki, hazırda qatarların hərəkət qrafikində gecikmə yoxdur, qrafik tam normal qaydasındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti