...

Metroda gediş haqlarının artırılması ilə bağlı Tarif Şurasına müraciət edilməyib - RƏSMİ

Gündəm Materials 27 Oktyabr 2022 10:44 (UTC +04:00)
Metroda gediş haqlarının artırılması ilə bağlı Tarif Şurasına müraciət edilməyib - RƏSMİ
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı metropoliteni metroda gediş haqlarının bahalaşması ilə bağlı Tarif Şurasına müraciət etməyib.

Trend-in məlumatına görə, bunu Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin İdarə heyətinin sədr müavini Hidayət Məmmədov bu gün metronun 55 illiyi ilə bağlı sərgi zamanı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hələlik qurumda bu barədə müzakirə aparılmır.

"Bakı metropoliteni bu barədə müraciət etməyib və yaxın vaxtlarda da müraciət etməyəcək", - deyə məlumatda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti