...

Azərbaycanda dərman vasitələri ilə bağlı xüsusi dövlət proqramı hazırlanır

Gündəm Materials 17 Noyabr 2022 11:22 (UTC +04:00)
Azərbaycanda dərman vasitələri ilə bağlı xüsusi dövlət proqramı hazırlanır
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda dərman vasitələri ilə bağlı xüsusi dövlət proqramı hazırlanır.

Trend-in məlumatına görə, bunu Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov noyabrın 17-də parlamentin plenar iclasında büdcə müzakirələri zaman deyib.

Ə.Əmiraslanov bildirib ki, bu gün əhali arasında dərman vasitələri ilə bağlı xeyli narazılıq var.

“Bunun da həllinə nail olmaq lazımdır. Məndə olan məlumata görə, dərman vasitələri ilə bağlı hökumət tərəfindən ciddi proqram hazırlanır və inanırıq ki, bu sənəd dərman problemlərini həll edəcək”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti