...

Azərbaycanın cənub bölgəsində yağan qar elektrik təsərrüfatına ziyan vurub

Hadisə Materials 10 Dekabr 2009 17:12 (UTC +04:00)
Azərbaycanın cənub bölgəsində yağan ilk qar Lerik rayonunun (paytaxt Bakıdan 300 kilometr məsafədə) elektrik təsərrüfatına ciddi ziyan vurub.
Azərbaycanın cənub bölgəsində yağan qar elektrik təsərrüfatına ziyan vurub

Azərbaycan, Lənkəran, 10 dekabr / Trend , müxbir P.Əliyeva/

Azərbaycanın cənub bölgəsində yağan ilk qar Lerik rayonunun (paytaxt Bakıdan 300 kilometr məsafədə) elektrik təsərrüfatına ciddi ziyan vurub.

Lerik rayon fövqəladə hallar komissiyasının sədri Habil Məlikov Trend -a bildirib ki, son iki gün ərzində rayonun təxminən 70 faizində işıq olmayıb.

Dekabrın 10-da Lerikin bütün yaşayış məntəqələri elektrik enerjisi ilə təmin olunub. Elektrik enerjisinin olmaması şəhər məktəblərində qazanxanaların işləməməsinə səbəb olub ki, bu da tədris zamanı müəyyən fasilələrin yaranması ilə nəticələnib.

Hazırda Lerik şəhərində qarın hündürlüyü 20, kəndlərdə isə 40-50 sm-dir. Sakinlərin dediyinə görə, bəzi ucqar yaşayış məntəqələrində qarın hündürlüyü 1 metrə çatıb. Bu da həmin ərazilərə gediş-gəlişi xeyli çətinləşdirib.

Sakinlərin sözlərinə görə, bəzi ucqar dağ kəndlərinə getmək mümkün deyil.

Lənkəran Regional Hidrometeorologiya Müəssisəsindən verilən məlumata görə, son günlər cənub bölgəsində müşahidə olunan qeyri-sabit və yağıntılı hava şəraiti bir çox dağ çaylarında suyun səviyyəsinin yüksəlməsi ilə nəticələnib. Hazırda bölgədə buludlu hava şəraiti hökm sürür.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti