...

Azərbaycanın Hacıqabul rayonunun Müşfiqabad qəsəbəsindəki qəzada iki nəfər dünyasını dəyişdi

Hadisə Materials 31 Mart 2010 14:29 (UTC +04:00)
Azərbaycanın Hacıqabul rayonunun Müşfiqabad qəsəbəsində martın 30-da Rusiya vətəndaşı Ramil Məmmədovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil Mahir Məmmədovun idarə etdiyi "KamAZ" markalı maşınla toqquşub. Bu barədə Azərbaycanın Daxili İşlər Nazirliyinin məlumatında deyilir.
Azərbaycanın Hacıqabul rayonunun  Müşfiqabad qəsəbəsindəki qəzada iki nəfər dünyasını dəyişdi

Azərbaycan, Bakı, 31 mart / Trend , müxbir M.Əliyev/

Azərbaycanın Hacıqabul rayonunun  Müşfiqabad qəsəbəsində martın 30-da Rusiya vətəndaşı Ramil Məmmədovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil Mahir Məmmədovun idarə etdiyi "KamAZ" markalı maşınla toqquşub. Bu barədə Azərbaycanın Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Nəticədə, "VAZ-2107" markalı avtomobilin sərnişinləri - Rusiya vətəndaşı Vidadi Osmanov və Ağstafa rayon sakini Xəyyam Veysov hadisə yerindəcə keçiniblər, sürücü Məmmədov xəstəxanaya yerləşdirilib.

DİN-in Dövlət Yol Polisi Baş İdarəsi araşdırmalar aparır.

Xəbər lenti

Xəbər lenti