...

Bakıda ağır yol qəzası nəticəsində iki nəfər ölüb, yeddi nəfər yaralanıb

Hadisə Materials 23 İyul 2010 13:13 (UTC +04:00)
Bakıda ağır yol qəzası nəticəsində iki nəfər ölüb, yeddi nəfər yaralanıb
Bakıda ağır yol qəzası nəticəsində iki nəfər ölüb, yeddi nəfər yaralanıb

Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir T.Hacıyev/

Bakıda ağır yol qəzası nəticəsində iki nəfər ölüb, yeddi nəfər yaralanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend-ə bildirilib ki, iyulun 22-də saat 18:00 radələrində Suraxanı rayonu ərazisində Bakı şəhər sakinləri Rüstəm Rüstəmovun idarə etdiyi "Zil-130" markalı və Natiq Orucovun idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toqquşub.

Nəticədə, Orucovun sərnişinləri, Bakı şəhər sakinləri Natalya Məmmədova, onun nəvəsi Aylin Beyektemir hadisə yerində ölüb, xəsarət almış Orucov və digər sərnişinlər - Leyla Adışirinova, Günay Nuriyeva, Ləman Ağayeva, Elgiz Ağayev, Ülkər Həsənzadə, Fərid Həsənzadə və Əhməd Beyektemir xəstəxanaya yerləşdiriliblər.

Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti