...

Bakıda üç avtomobil toqquşub, ölən və yaralananlar var

Hadisə Materials 1 Aprel 2011 11:18 (UTC +04:00)
Bakıda üç avtomobil toqquşub, ölən və yaralananlar var.
Bakıda üç avtomobil toqquşub, ölən və yaralananlar var

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda üç avtomobil toqquşub, ölən və yaralananlar var.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 31-də saat 10:30 radələrində Binəqədi rayonu ərazisində Bakı şəhər sakinləri Canbulat Kərimovun idarə etdiyi "Ford" markalı, Namiq Əfəndiyevin idarə etdiyi "VAZ-21015" markalı və Abşeron rayon sakini Ramin Qasımovun idarə etdiyi "Toyota-Prado" markalı avtomaşınlar toqquşub.

Nəticədə xəsarət almış Qasımov və sərnişinləri - bacısı Kəmalə və Abşeron rayon sakini Cəmalə Qasımova xəstəxanaya yerləşdiriliblər. Qasımov xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti