...

Azərbaycan Daxili İşlər Nazirliyi tərəfindən axtarışda olan tikinti şirkətinin sədri saxlanılıb

Hadisə Materials 5 May 2011 16:41 (UTC +04:00)
DİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Mur-Ay" MMC-nin sədri vəzifəsində işləmiş Bakı şəhər sakini, 1966-cı il təvəllüdlü Elxan Hüseynov bir qrup şəxslə cinayət əlaqəsinə girərək Yeni Yasamal massivi, Xiyabani küçəsi, 18-də inşa edilən çoxmərtəbəli yaşayış binasındakı bir mənzili bir neçə şəxsə sataraq vətəndaşlara külli miqdarda ziyan vurub.
Azərbaycan Daxili İşlər Nazirliyi tərəfindən axtarışda olan tikinti şirkətinin sədri saxlanılıb

Azərbaycan, Bakı, 5 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Daxili İşlər Nazirliyinin keçirdiyi əməliyyat zamanı "Mur-Ay" MMC-nin sədri saxlanılıb.

DİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Mur-Ay" MMC-nin sədri vəzifəsində işləmiş Bakı şəhər sakini, 1966-cı il təvəllüdlü Elxan Hüseynov bir qrup şəxslə cinayət əlaqəsinə girərək Yeni Yasamal massivi, Xiyabani küçəsi, 18-də inşa edilən çoxmərtəbəli yaşayış binasındakı bir mənzili bir neçə şəxsə sataraq vətəndaşlara külli miqdarda ziyan vurub.

Hüseynov istintaqdan yayındığı üçün barəsində axtarış işi açılmışdı.

Mayın 4-də DİN Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində Hüseynov Bakı şəhərində tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti