...

Hacıqabulda ağır yol qəzası: 2 nəfər ölüb, 3 nəfər yaralanıb

Hadisə Materials 25 İyul 2011 17:07 (UTC +04:00)
Trend-in Daxili İşlər Nazirliyinin internet saytına istinadən yaydığı məlumata görə, iyulun 24-də saat 16:00 radələrində Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində Zərdab rayon sakini Zaur Məhərrəmov idarə etdiyi "Mercedes-190" markalı avtomaşını aşırıb.
Hacıqabulda ağır yol qəzası: 2 nəfər ölüb, 3 nəfər yaralanıb

Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Hacıqabul rayonunda ağır yol qəzası olub.

Trend-in Daxili İşlər Nazirliyinin internet saytına istinadən yaydığı məlumata görə, iyulun 24-də saat 16:00 radələrində Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində Zərdab rayon sakini Zaur Məhərrəmov idarə etdiyi "Mercedes-190" markalı avtomaşını aşırıb.

Nəticədə Məhərrəmovun sərnişinlərindən Zərdab rayon sakinləri Məleykə İsmayılova, Qətibə Əhmədova hadisə yerində ölüb, xəsarət almış özü və digər sərnişinləri Nazilə Məmmədova, Şəlalə Məmmədova isə xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti