...

Ankarada partlayış nəticəsində 14 nəfər xəsarət alıb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 26 Sentyabr 2011 21:01 (UTC +04:00)
Ankaranın Aydınlıkevlər rayonundakı Harman küçəsində yerləşən Çelik İş Mərkəzində qaz sızması səbəbindən güclü partlayış baş verib.
Ankarada partlayış nəticəsində 14 nəfər xəsarət alıb (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar və xəsarət alanların sayı barədə məlumat əlavə olunub (ilk xəbər saat 20:39-da yayılıb)

Azərbaycan, Bakı, 26 iyun /Trend/

Bazar ertəsi Türkiyənin paytaxtı Ankaranın Aydınlıkevlər rayonundakı Harman küçəsində yerləşən Çelik İş Mərkəzində yerli vaxtla saat 17:15-də qaz sızması səbəbindən güclü partlayış baş verib. Bu barədə Trend Türkiyə KİV-ə istinadən məlumat verir.

42 mənzilli, 14 mərtəbəli binadakı partlayışdan sonra ciddi təşviş yaranıb.

Partlayış vaxtı binada yerləşən "Çağdaş" marketdəki insanlardan 14 nəfər ciddi xəsarət alıb.

Hadisə yerinə bir neçə təcili tibbi yardım maşını göndərilib.

Xəbər lenti

Xəbər lenti