...

Bakıda ağır yol nəqliyyat hadisəsi baş verib, ölən var

Hadisə Materials 26 İyun 2012 05:19 (UTC +04:00)
Bakının Nizami rayonunda bazar ertəsi ağır yol nəqliyyat hadisəsi baş verib, nəticədə bir nəfər həlak olub.
Bakıda ağır yol nəqliyyat hadisəsi baş verib, ölən var

Azərbaycan, Bakı, 26 iyun /Trend/

Bakının Nizami rayonunda bazar ertəsi ağır yol nəqliyyat hadisəsi baş verib, nəticədə bir nəfər həlak olub.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, FHN-in "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda "Nissan" və "Mercedes" markalı 2 minik avtomobili toqquşmuşdur. Nəticədə, avtomobillər deformasiyaya uğramış, "Nissan" markalı avtomobilin sürücüsü yaralanmış və qeyd edilən avtomobildə olan sərnişin Elçin Cəfərov vəfat etmişdir.

Yaralı hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən xəstəxanaya aparılmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildə sıxılmış vəziyyətdə qalmış şəxsin cəsədini çıxarmış, aidiyyəti üzrə təhvil vermiş və hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 14:33-də başa çatmışdır.

Xəbər lenti

Xəbər lenti