...

Ərzurumda məcburi endirilən Ermənistan təyyarəsinin uçuşunu davam etdirməsinə icazə verilib

Hadisə Materials 15 Oktyabr 2012 15:46 (UTC +04:00)
Türkiyə Ərzurumda məcburi endirilən Ermənistan təyyarəsinin uçuşunu davam etdirməsinə icazə verib.
Ərzurumda məcburi endirilən Ermənistan təyyarəsinin uçuşunu davam etdirməsinə icazə verilib

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir R.Hafizoğlu/

Türkiyə Ərzurumda məcburi endirilən Ermənistan təyyarəsinin uçuşunu davam etdirməsinə icazə verib. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə bazar ertəsi Türkiyə Baş nazirinin müavini Bülənt Arınç deyib.

Qeyd edək ki, bu gün Ermənistan təyyarəsi Ərzurum aeroportuna enməyə məcbur edilib.

Türkiyənin NTV telekanalının məlumatına görə, təyyarə Suriyanın Hələb şəhərinə istiqamət alırmış.

Qeyd edək ki, təyyarənin göyərtəsində qeyri-qanuni əşya tapılmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti