...

Ötən günün "yol terroru": 2 ölü, 12 xəsarət

Hadisə Materials 24 Oktyabr 2012 10:01 (UTC +04:00)
Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, ötən günün ağır yol qəzası Ağdamda baş verib.
Ötən günün "yol terroru": 2 ölü, 12 xəsarət

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Ötən gün Azərbaycanda 13 yol qəzası qeydə alınıb, nəticədə 2 nəfər həlak olub, 12 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, ötən günün ağır yol qəzası Ağdamda baş verib. "VAZ 2106" markalı avtomobilin maneyə çırpılması nəticəsində bir ailənin 2 üzvü ölüb, 3 nəfər xəsarət alıb.

Qəzaların əksəriyyəti piyadavurmalar olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti