...

Masallıda adam öldürməyə cəhd edən şəxs həbs edilib

Hadisə Materials 12 Fevral 2013 16:38 (UTC +04:00)
Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 9-da saat 22:30 radələrində Masallı rayonunun Təklə kənd sakini, 1990-cı il təvəllüdlü Rzayev Etibar Aydın oğlu ailə münaqişəsi zəminində yaranmış mübahisə zamanı özünə məxsus ov tüfəngindən qonşuluqda yaşayan qayınatası, 1963-cü il təvəllüdlü İbayev Novruz Rüstəm oğluna sonuncunun evində atəş açaraq onu öldürməyə cəhd edib.
Masallıda adam öldürməyə cəhd edən şəxs həbs edilib

Azərbaycan, Bakı, 12 fevral /Trend/

Masallı rayonunda adam öldürməyə cəhd edən şəxs həbs edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 9-da saat 22:30 radələrində Masallı rayonunun Təklə kənd sakini, 1990-cı il təvəllüdlü Rzayev Etibar Aydın oğlu ailə münaqişəsi zəminində yaranmış mübahisə zamanı özünə məxsus ov tüfəngindən qonşuluqda yaşayan qayınatası, 1963-cü il təvəllüdlü İbayev Novruz Rüstəm oğluna sonuncunun evində atəş açaraq onu öldürməyə cəhd edib.

Daha sonra E.Rzayev rayon polis şöbəsinə könüllü gələrək törətdiyi cinayəti tam etiraf edib və cinayətin aləti olan ov tüfəngini təhvil verib.

Rayon prokurorluğu və rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilərək iş üçün əhəmiyyət kəsb edən 5 ədəd giliz və digər əşyalar maddi sübut kimi götürülüb.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb və müvafiq ekspertizalar təyin edilib.

E.Rzayev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti