...

Tərtərdə qətl hadisəsini gizlətmək cəhdi alınmayıb

Hadisə Materials 1 Aprel 2013 14:12 (UTC +04:00)
Tərtər rayonunda ay yarım bundan öncə ölmüş qadının eksqumasiyadan sonra onun qətlə yetirildiyi məlum olub.
Tərtərdə qətl hadisəsini gizlətmək cəhdi alınmayıb

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir İ.İzzət/

Tərtər rayonunda ay yarım bundan öncə ölmüş qadının eksqumasiyadan sonra onun qətlə yetirildiyi məlum olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 27-də Şəbnəm Dünyamalıyevanın qardaşı Vasif tərəfindən bıçaqla qətlə yetirilməsi müəyyən edilib.

Qeyd edək ki, bu il fevralın 10-da Tərtər rayonunun Qapanlı kənd sakini Şəbnəm Dünyamalıyevanın siçan dərmanı içərək ölməsi və sonradan qohumları tərəfindən kənd qəbiristanlığında dəfn edilməsi barədə Tərtər Rayon Polis Şöbəsinə daxil olmuş əməliyyat məlumatı üzrə araşdırmalar zamanı mərhumun mütəmadi olaraq atası Namət və qardaşı Vasif tərəfindən işgəncələrə məruz qalmasından intihar etdiyi ehtimal olunub.

Bununla əlaqədar martın 27-də Dünyamalıyevanın meyiti eksqumasiya edilib və üzərində bıçaq xəsarətləri aşkar edilib.

Faktla bağlı Tərtər rayon Prokurorluğu və Rayon Polis Şöbəsi tərəfindən araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti