...

Bakıda cinayət törədən masqalı şəxslər yaxalanıb

Hadisə Materials 6 Aprel 2013 11:49 (UTC +04:00)
Bakıda cinayət törədən masqalı şəxslər yaxalanıb.
Bakıda cinayət törədən masqalı şəxslər yaxalanıb

Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir E.Mehdiyev /

Bakıda cinayət törədən masqalı şəxslər yaxalanıb.

Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, yanvarın 10-da naməlum maskalı şəxslər Şüvəlan qəsəbəsi Nizami küçəsində yaşayan Akif Həmzəyevin evinə daxil olaraq ona bıçaqla xəsarət yetiriblər.

Sonra həyətdə olan "VAZ-2121" markalı avtomobilin hər iki dövlət nömrə nişanını açıb ataraq avtomobili aparıblar.

Həmzəyev 3 saylı xəstəxanaya yerləşdirilib. Xəzər RPİ CAŞ, 1-ci PB və DİN BDYPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən Bakı şəhər sakinləri - Kamran Cəbiyev və Səbuhi Tağıyev aprelin 2-də Səlyan rayonu ərazisində idarə etdikləri "BMW-X5" markalı avtomobillə saxlanılıblar.

Avtomobildən 5 qramdan artıq marixuana aşkar edilib. Təxirəsalınmaz əməliyyat tədbirləri nəticsində cinayətin digər iştirakçısı Bakı şəhər sakini Murad Muradov aprelin 5-də yaxalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti