...

Voronejdə Yerevandan gələn təyyarə qəza enişi edib

Hadisə Materials 9 Aprel 2013 15:44 (UTC +04:00)
Bu gün səhər saat 05:00 radələrində Yerevandan Voronejə uçan "Saab-2000" təyyarəsi Voronej aeroportunda qəza enişi edib.
Voronejdə Yerevandan gələn təyyarə qəza enişi edib

Azərbaycan, Bakı, 9 aprel /Trend/

Bu gün səhər saat 05:00 radələrində Yerevandan Voronejə uçan "Saab-2000" təyyarəsi Voronej aeroportunda qəza enişi edib. Bu barədə Trend çərşənbə axşamı "Armenia Today"ə istinadən məlumat verir.

Təyyarədə 49 sərnişin və 4 ekipaj üzvü olub.

"Təyyarə qəza enişi istəyib, belə ki, indikatorlar şassinin qabaq dayağının çıxmadığını göstəriblər. Nəticədə şassi ilə problem yaranmayıb, təyyarə eniş edə bilib, xəsarət alan olmayıb", - "Polyot" aviaşirkətinin Reklam-informasiya şöbəsinin rəhbəri Qriqori Başkirev portalına bildirib.

Təyyarə enərkən təcili tibbi yardım və yanğınsöndürən maşınlar hadisə yerində olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti