...

İzmir də qarışdı

Hadisə Materials 1 İyun 2013 04:02 (UTC +04:00)
İzmirdə İstanbulun Taksim meydanındakı Gezi parkında yaşanan hadisələrə etiraz olaraq aksiya keçirilib.
İzmir də qarışdı

Azərbaycan, Bakı, 1 iyun /Trend/

İzmirdə İstanbulun Taksim meydanındakı Gezi parkında yaşanan hadisələrə etiraz olaraq aksiya keçirilib.

Trend "Zaman" qəzetinə istinadən məlumat verir ki, Basmane meydanında polislə etirazçılar arasında qarşıdurma baş verib. Təqribən 600-700 nəfərlik qrup küçələrdəki dükanlara və avtomobillərə zərər verərək Kipr Şəhidləri küçəsinə doğru irəliləyərkən polis əməkdaşları onların qarşısını almağa çalışır.

Etirazçılar nəqliyyatın hərəkətinin sıx olduğu Tələtpaşa bulvarını bağlayıb. Hazırda burada polislə aksiya iştirakçıları arasında qarşıdurma yaşanır.

Qeyd edək ki, İstanbulun Gezi parkında xeyli sayda ağacın kəsilməsi və ticarət mərkəzinin tikintisinə etiraz əlaməti olaraq Taksim meydanında aksiya keçirilib. Polis etirazçılara qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.

İstanbul valisi Hüseyn Avni Mutlu hadisə nəticəsində 12 nəfərin yaralandığını, 63 nəfərin saxlandığını bildirib.

İstanbul 6-cı İnzibati Məhkəməsi Taksim meydanında "Topçu Kışlası" ticarət mərkəzinin tikintisinin dayandırılması barədə qərar qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti