...

Masazırda baş verən partlayışda xəsarət alanlardan biri ölüb

Hadisə Materials 13 Dekabr 2013 13:03 (UTC +04:00)
Abşeron rayonu Masazır qəsəbəsində baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Masazırda baş verən partlayışda xəsarət alanlardan biri ölüb

Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir İ.İzzət/

Abşeron rayonu Masazır qəsəbəsində baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, dekabrın 12-si saat 03:00 radələrində Abşeron rayonu Masazır qəsəbəsi Aşıq Ələsgər küçəsində yaşayan Mübariz Şərifovun evində təbii qazın sızmasından partlayış baş verib.

Orada kirayədə yaşayanlar - qəsəbə sakinləri Cavid Zəliyev, arvadı Nailə və oğlu Rüstəm yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, Rüstəm Zəliyevin həyatını qurtarmaq mümkün olmayıb və o xəstəxanada ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti