...

Bakıda qadından 2 kq-dan çox narkotik maddə götürülüb

Hadisə Materials 21 Fevral 2014 17:47 (UTC +04:00)
Bakı sakinindən 2 kiloqramdan artıq narkotik maddə aşkar olunaraq götürülüb.
Bakıda qadından 2 kq-dan çox narkotik maddə götürülüb

Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir İ.İzzət/

Bakı sakinindən 2 kiloqramdan artıq narkotik maddə aşkar olunaraq götürülüb.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis bölməsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Asudə Soltanovadan 2 kiloqramdan artıq marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti