...

DİN Ağcabədidə dəhşətli qətlin təfərrüatlarını açıqladı

Hadisə Materials 9 Oktyabr 2014 13:06 (UTC +04:00)
Oktyabrın 9-da Ağcabədi rayonunun Hacıbədəlli kəndində Gəncə şəhər sakini Səltənət Əliyevanın üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.
DİN Ağcabədidə dəhşətli qətlin təfərrüatlarını açıqladı

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir İlkin İzzət/

Oktyabrın 9-da Ağcabədi rayonunun Hacıbədəlli kəndində Gəncə şəhər sakini Səltənət Əliyevanın üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.

Trend-in Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, ilkin araşdırmalar zamanı S.Əliyevanın oktyabrın 8-də Gəncə şəhərindən həmyerlisi Aydın Qasımov tərəfindən evlənmək məqsədi ilə oğurlanıb Hacıbədəlli kəndinə aparılması və aralarında baş vermiş münaqişə zəminində onun tərəfindən boğulması müəyyən edilib.

Ağcabədi RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Qasımov tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti