...

Xızıda həmyerlisini qətlə yetirmiş şəxs tutulub

Hadisə Materials 14 Oktyabr 2014 12:57 (UTC +04:00)
Xızı rayonunda həmyerlisini bıçaqla qətlə yetirmiş şəxs tutulub.
Xızıda həmyerlisini qətlə yetirmiş şəxs tutulub

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir İlkin İzzət/

Xızı rayonunda həmyerlisini bıçaqla qətlə yetirmiş şəxs tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, oktyabrın 13-də Xızı rayonunun Xələc kəndində Xasməmməd Rəsulovun evində bıçaqla qətlə yetirilmiş meyiti tapılıb.

Xızı rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş kənd sakini Elnur Heybətov tutulub.

Faktla bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti