...

Azərbaycan sərhədçiləri külli miqdarda narkotikin ölkəyə gətirilməsinin qarşısını alıblar

Hadisə Materials 11 Dekabr 2014 09:52 (UTC +04:00)
Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində İran İslam Respublikası istiqamətindən Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə külli miqdarda, ümumi çəkisi 11 kiloqram narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.
Azərbaycan sərhədçiləri külli miqdarda narkotikin ölkəyə gətirilməsinin qarşısını alıblar

Azərbaycan, Bakı, 11 dekabr /Trend, müxbir İlkin İzzət/

Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində İran İslam Respublikası istiqamətindən Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə külli miqdarda, ümumi çəkisi 11 kiloqram narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.

Trend xəbər verir ki, DSX-nin saytında bu gün yerləşdirilmiş məlumata görə, dekabrın 6-da Bakı-Astara yolunun Biləsuvar-Cəlilabad hissəsində həyata keçirilmiş qabaqlayıcı əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran rayon sakinləri 15.11.1970-ci il təvəllüdlü Hüseynov Fuad İsmayıl oğlu və 10.10.1978-ci il təvəllüdlü Bağırov İlqar Qurban oğlu narkotik vasitə olan 10 kq tiryək və 1 kq heroinlə saxlanılıblar.

Hazırda fakt üzrə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti