...

Bakı sakini evinə hücum edən maskalılardan birini tutaraq polisə təhvil verdi

Hadisə Materials 20 Yanvar 2015 13:25 (UTC +04:00)
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə R.İsgəndərov tutulub, digər şəxslərin tutulması üçün tədbirlər davam etdirilir.
Bakı sakini evinə hücum edən maskalılardan birini tutaraq polisə təhvil verdi

Azərbaycan, Bakı, 20 yanvar /Trend, müxbir İlkin İzzət/

Xəzər rayonunun Buzovna qəsəbəsində Nazim Kərimovun yaşadığı evə açıq qalmış qapıdan girmiş 4 maskalı şəxs bıçaqla ona xəsarət yetirərək pul və qızıl əşyalar verməsini tələb edib, müqavimətlə rastlaşdıqlarından hadisə yerini tərk edərkən N.Kərimov onlardan birini tutaraq hadisə yerinə gəlmiş polis əməkdaşlarına təhvil verib.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, Xəzər rayon Polis İdarəsi 2-ci polis bölməsi əməkdaşları tərəfindən aparılmış araşdırmalar zamanı həmin şəxsin Bakı şəhər sakini Xəyal Əlimərdanov olması müəyyən edilib və hadisəni 3 nəfərlə birgə törətməsini etiraf edib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə R.İsgəndərov tutulub, digər şəxslərin tutulması üçün tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti