...

Ticarət mərkəzində avtomobildən pul oğurlamış şəxs tutulub

Hadisə Materials 1 May 2015 12:41 (UTC +04:00)
Bakıda ticarət mərkəzində avtomobildən pul oğurlamış şəxs tutulub.
Ticarət mərkəzində avtomobildən pul oğurlamış şəxs tutulub

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir İlkin İzzət/

Bakıda ticarət mərkəzində avtomobildən pul oğurlamış şəxs tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) Trend-ə verilən məlumata görə, aprelin 29-da saat 18 radələrində Lökbatan qəsəbəsində yerləşən ticarət mərkəzinin ərazisində Bakı şəhər sakini Ramin Hidayətova məxsus "Kia" markalı avtomobildən açıq qalmış qapısından daxil olmaqla saxlanc yerindən 2700 ABŞ dolları və 30000 rus rublu oğurlanıb.

Qaradağ rayon Polis İdarəsi Təhlükəsiz Şəhər Xidməti və 10-cu Polis Bölməsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakini, 1968-ci il təvəllüdlü Vaqif Alman oğlu Abbasov müəyyən olunaraq tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti