...

Milli Park intihar məkanına çevrilir

Hadisə Materials 26 Sentyabr 2015 14:21 (UTC +04:00)
Bu gün daha bir nəfər Dəniz kənarı Milli Park ərazisində intihara cəhd edib.
Milli Park intihar məkanına çevrilir

Azərbaycan, Bakı, 26 sentyabr /Trend/

Bu gün daha bir nəfər Dəniz kənarı Milli Park ərazisində intihara cəhd edib.

Trend Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda Dəniz kənarı Milli Park ərazisində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 800 metr sola nəzarətsiz ərazidə) 1 nəfər intihar etmək məqsədilə özünü dənizə atıb.

Dərhal FHN dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub. Həmin şəxs dalğıc-xilasedicilər tərəfindən xilas edilib və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 13:23-də başa çatıb.

Qeyd edək ki, bu gün səhər saatlarında daha bir nəfər Dəniz kənarı Milli Park ərazisində intihara cəhd etmişdi. Həmin şəxs də dalğıc-xilasedicilər tərəfindən xilas edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti