Bakı. Elmir Murad - Trend:
Evlərə qənim kəsilən şəxslər tutulub.
Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, noyabrın 19-da Bəxtiyar İmamverdiyevə, noyabrın 24-də isə Sənubər Əfəndiyevaya məxsus evlərdən pul və qızıl əşyalar oğurlanıb. Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törədən Xırdalan şəhər sakini Emil Şirinov və Şamaxı şəhər sakini Rəşad Mirzəyev tutulub.