Bakı. Samir Əli - Trend:
Sumqayıt şəhərində ağır yol qəzası baş verib.
Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasından Trend-ə verilən məlumata görə, hadisə nəticəsində 2 nəfər ağır vəziyyətdə xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Yaralılardan biri koma vəziyyətində, digəri isə ağır kəllə-beyin travması və bədənin müxtəlif yerlərinin qapalı sınığı ilə şöbəyə qəbul edilib.
Yaralılar iki qardaş - Abşeron rayon Saray qəsəbəsi sakinləri Bayramov Elçin Yusif oğlu Bayramov Əliyar Yusif oğludur.
Yol qəzası nəticəsində 4 nəfər dünyasını dəyişib. Bundan əvvəl 6 nəfərin öldüyü bildirilirdi.
x x x
23:03
Sumqayıt şəhərində ağır yol qəzası baş verib.
Trend-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, yol qəzası avqustun 30-da saat 22:20 radələrində Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun 43-cü kilometrliyində, H.Z.Tağıyev qəsəbəsində baş verib.
Belə ki, "Volkswagen Passat" markalı "99-DZ-632" dövlət nömrə nişanlı avtomobil "Lada 110" markalı "60-BS-663" dövlət nömrə nişanlı avtomobillə toqquşub.
Hadisə vaxtı hər avtomobildə 3 nəfər olub. Qəza nəticəsində avtomobillərdə olan 6 nəfərin hamısının həlak olduğu bildirilir. Hadisə yerində 3 təcili tibbi yardım briqadası gəlib.
Hadisəyə səbəb kimi "Volkswagen Passat"ın Qubadan Bakı istiqamətində hərəkət edən "Lada 110" markalı avtomobilin yoluna çıxması göstərilir.
Faktla bağlı araşdırma aparılır.