...

Lerikdə bağçada tərbiyəçi işləyən qadına şər atıblarmış

Hadisə Materials 15 Noyabr 2016 14:01 (UTC +04:00)
Lerik sakininə işlədiyi bağçada azyaşlıya xəsarət yetirməsi ilə bağlı şər atılması müəyyən edilib.
Lerikdə bağçada tərbiyəçi işləyən qadına şər atıblarmış

Bakı. Trend:

Lerik sakininə işlədiyi bağçada azyaşlıya xəsarət yetirməsi ilə bağlı şər atılması müəyyən edilib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, noyabrın 12-də Lerik şəhər sakini Sənay Nəhmətova rayon Polis şöbəsinə müraciət edərək işlədiyi uşaq bağçasında tərbiyə alan 4 yaşlı Xədicə Əzizovanın qulağından aldığı xəsarətlə bağlı uşağın atası Kamal tərəfindən əsassız günahlandırılmasını, bununla əlaqədar noyabrın 11-də sonuncu şəxs tərəfindən sosial şəbəkəyə videogörüntü yerləşdirildiyini bildirib.

Lerik RPŞ tərəfindən aparılmış araşdırmalar zamanı Xədicənin 2015-ci ilin sentyabr ayında yaşadığı evdə ehtiyatsızlıqdan yıxılaraq xəsarət alması, qonşuları Eldəniz Quliyevin isə cari il noyabrın 11-də Kamalın ruhi xəstə olmasından istifadə edərək ona pul verəcəyini vəd etməklə S.Nəhmətovaya şər atması ilə bağlı sözügedən videogörüntünü çəkib sosial şəbəkəyə yerləşdirməsi müəyyən edilib.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti