...

Bakıda hotelin qarşısında atışma baş verib

Hadisə Materials 21 İyul 2017 15:03 (UTC +04:00)
Masazır qəsəbə sakini Ramil Mirzəyevdən xuliqanlıq zəmnində atəş açdığı tüfəng götürülüb.
Bakıda hotelin qarşısında atışma baş verib

Bakı. Trend:

İyulun 20-də saat 1:00 radələrində üzərində dövlət qeydiyyat nişanları olmayan "Lexus" markalı avtomobildə Abşeron rayonu ərazisindəki hotellərdən birinin qarşısına gələn naməlum sürücü ilə oranın mülki gözətçisi arasında münaqişə baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sürücü avtomobildə hadisə yerini tərk etdikdən 15-20 dəqiqə sonra geriyə qayıdıb odlu silahdan havaya atəş açıb, avtomobilini arxaya verərkən orada dayanan "Toyota" markalı avtomobili vurub və oranı tərk edib.

Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilin dövlət qeydiyyat nişanları müəyyən edilib və hadisəni törətməkdə şübhəli bilinən Masazır qəsəbə sakini Ramil Mirzəyev tutulub. Ondan "Stoger" markalı ov tüfəngi götürülüb.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti