...

Nərimanov rayonunda qazanxanada yanğın olub

Hadisə Materials 14 Yanvar 2018 21:37 (UTC +04:00)
Bakı şəhərində yanğın hadisəsi qeydə alınıb.
Nərimanov rayonunda qazanxanada yanğın olub

Bakı. Trend:

Bakı şəhərində yanğın hadisəsi qeydə alınıb.

Trend-in FHN-in sayına istinadən verdiyi məlumata əsasən, paytaxtın Nərimanov rayonunda sağlamlıq mərkəzinin yerləşdiyi dördmərtəbəli binanın 1-ci mərtəbəsində, ümumi sahəsi 15 m² olan qazanxanada idarəetmə lövhəsi və kommunikasiya xətləri yanıb, yüksək temperaturdan 10 m² sahədə asma tavan əriyib.

Mərkəzin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti