...

İsmayıllıda 3 otaqlı ev yanıb

Hadisə Materials 15 İyun 2018 21:57 (UTC +04:00)
İsmayıllıda yanğın qeydə alınıb
İsmayıllıda 3 otaqlı ev yanıb

Bakı. Trend:

İsmayıllıda yanğın qeydə alınıb.

FHN-dən Trend-ə verilən məlumata görə, İsmayıllı rayonunda ümumi sahəsi 60 m² olan 3 otaqlı evin 1 otağının tavanı 12 m² sahədə, evə bitişik sahəsi 50 m² olan talvarın yanar konstruksiyaları və altına yığılmış məişət avadanlıqları yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti