...

Dağıstanda yol qəzasında xəsarət alanların hamısı Azərbaycan vətəndaşlarıdır

Hadisə Materials 21 İyul 2018 14:53 (UTC +04:00)
Dağıstanda şənbə günü baş verən yol qəzasında xəsarət alan 10 nəfərin hamısı Azərbaycan vətəndaşlarıdır
Dağıstanda yol qəzasında xəsarət alanların hamısı Azərbaycan vətəndaşlarıdır

Bakı. Trend:

Dağıstanda şənbə günü baş verən yol qəzasında xəsarət alan 10 nəfərin hamısı Azərbaycan vətəndaşlarıdır.

Trend-in məlumatına görə, bu barədə Dağıstanın Səhiyyə Nazirliyi xəbər yayıb.

Məlumatda deyilir ki, hazırda xəstəxanalarda 5 nəfər müalicə alır. Qalan 5 nəfər isə ambulator müayinəyə göndərilib.

Qəzada həlak olanlara gəldikdə isə, onlar sürücü və minik avtomobilinin sərnişinidir.

Qeyd edək ki, Mercedes Sprinter mikroavtobusu ilə VAZ-2114 minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, 10 nəfər xəsarət alıb. Hadisə İzberbaş şəhəri yaxınlığında, "Qafqaz" avtoyolunda baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti