...

Hacıqabulda qanunsuz silah saxlayan şəxslərə qarşı əməliyyat keçirilib

Hadisə Materials 24 Noyabr 2018 01:41 (UTC +04:00)
Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində növbəti tədbir keçirilib
Hacıqabulda qanunsuz silah saxlayan şəxslərə qarşı əməliyyat keçirilib

Bakı. Trend

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində növbəti tədbir keçirilib.

DİN Mətbuat Xidmətinin Şirvan şəhərindəki regional qrupundan Trend-ə verilən məlumata görə, Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah-sursat gizlədən şəxslərin aşkar edilməsi məqsədi ilə ardıcıl uğurlu əməliyyat tədbirləri həyata keçirilib.

Belə ki, Hacıqabul rayonu Meyniman kənd sakini Fətulla Məmişov qanunsuz olaraq odlu silah saxlamaqda şübəli bilindiyi üçün saxlanılıb. Onun həyətyani sahəsinə baxış keçirilən zaman yarımtikilidə 1 ədəd “BUM” markalı ov silahı aşkar edilərək götürülüb.

Hacıqabul RPŞ-nin əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat nəticəsində Hacıqabul rayon sakini Əliyusif Rəsulovdan 1 ədəd “TULA” markalı ov silahı aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı Hacıqabul RPŞ-də araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti