...

Minaya düşən hərbi qulluqçumuz şəhid olub

Gündəm Materials 16 Aprel 2021 12:08 (UTC +04:00)
Minaya düşən hərbi qulluqçumuz şəhid olub

Bakı. Samir Əli - Trend:

Azərbaycan Ordusunun hərbçisi mina partlayışı nəticəsində şəhid olub.

Müdafiə Nazirliyindən Trend-ə bildirilib ki, itkin düşmüş hərbi qulluqçuların axtarışı zamanı partlayış nəticəsində yaralanmış hərbçi vəfat edib.

Suqovuşan yaşayış məntəqəsi istiqamətində, azad edilmiş ərazilərdə, itkin düşmüş hərbi qulluqçuların axtarışı zamanı aprelin 3-də mina partlaması nəticəsində xəsarət alan Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Bayramov İlkin Bayram oğlu həkimlərimizin səyinə baxmayaraq, bu gün səhər saatlarında vəfat edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti