...

Sabirabadda ”KamAZ” aşıb, xəsarət alanlar var

Hadisə Materials 2 May 2021 16:21 (UTC +04:00)
Sabirabadda ”KamAZ” aşıb, xəsarət alanlar var

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sabirabad rayonunun Şəhriyar kəndində ”KamAZ” markalı yük avtomobilinin yol kənarına aşması barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 2 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti