...

Cəlibadda iki minik avtomobili toqquşub

Hadisə Materials 4 Avqust 2021 02:41 (UTC +04:00)
Cəlibadda iki minik avtomobili toqquşub

Bakı. Trend:

Cəlilabad rayonunda “Mercedes” və “VAZ” markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “Mercedes” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər

Məqalədə:
Xəbər lenti

Xəbər lenti